top of page
Professional Belly Dancing

Abdominoplastika

Qarın dartılması

Abdominoplastika qarın dartılması ya da yığması kimi də adlanan bir əməliyyatdır.



Abdominoplastika kimlərə yardım edə bilər?

Qarnın ön divarının sallanması və eybəcər hala gəlməsi Çoxlu hamiləlik və doğuşlar, əzələlərin zəyifləməsi, piylənmə, arıqlamaq üçün aparılan əməliyyatlar nəticəsi kimi qarın ön divarı sallanaraq eybəcər hala gəlir. Bu halda abdominoplastika əməliyyatını bədəninizə gənc görünüm qazandırar.


Qarnın sallanması ilə birlikdə başqa hansı problemlər yanaşı olur?

Sallanmış qarın divarı altında piy və tər vəzilərinin ifrazatı toplanır. Bu isə öz növbəsində pis qohu, dəri qıcıqlanması, qaşıntı və hətta kiçik yaralara yol açır. Kişilərdə öz cinsiyyət orqanını sallanmış dəri səbəbiylə daha qısa olduğuna dair yalançı fikirlər yarana bilər.

Bundan başqa yırtıqlar (Rusca “qrıja”) və qarnın düz əzələlərinin ayrılması da müşahidə oluna bilər.


Abdominoplastika hansı yaşda aparılır?

Əməliyyat həddi buluğa çatmış bütün xəstələrə aparıla bilər. Əgər xəstə yenə hamiləlik yaxud ariqlama proqramından keçəcəksə abdominoplastikanı bunlardan sonra etmək daha məqsədə uyğundur.



Əməliyyatdan əvvəl hansı müayinələr aparılır?

Abdominoplastika üçün gələn xəstənin əsas şikayətləri və istəkləri öyrənildikdən sonra qarın divarı və boşluğuğunun əllənməsi aparılır, əzələlərin vəziyyəti və yırtıqların olması müəyən edilir. Lazım olduqda ultrasəs müayinəsi və ümumi cərrah konsultasiyası aparılır.


Abdominoplastikanın hansı növləri var?

Cavan xəstələrdə, dəri sallanması az olduqda tek başına liposaksiya (piy çıxartma) əməliyyatı aparıla bilər.

Qarın dərisinin sadəcə göbəkdən aşağı hissəsi sallanan xəstələrə mini-abdominoplastika uygundur. çıxardılır və əzələ qatı sıxlaşdırılır.

Qarnın bütün dərisinin sallanması və piylənməsi ilə düz əzələlərin aralanması klasik abdominoplastikaya göstərişdir. Bu əməliyyatda  qarın dərisi geniş şəkildə sərbəstləndirildikdən sonra artıq hissəsi çıxardılır. Qöbək kiçildilir və daha üstə yerləşdirilir. Qarnın düz əzələləri orta xətdə birləşdirilir. Lazım olduqda qarnın müxtəlif hissələrina liposaksiya aparılaraq daha gənç və cazibəli bədən şəkli əldə edilir.

Yaşlı və ya yanaşı gedən xəstəlikləri olanlara isə sadəcə sallanan  dəri qatı çıxardılır (əməliyyat pannikuloektomiya adlanır).

Bəzən sallanma daha çox qarnın alt hissələrində və qasıq nahiyəsində olur. Belə pasientlərə qasıq dartılması, qasıq-bud dartılması ya da dairəvi bədən dartılması aparılır.

Yalnız düz əzələlərin aralanması olduqda endoskopik yolla əzələlərin orta xətdə tikilməsi aparılır.



Kəsiklər hardan aparılır?

Klasik abdominoplastikanın kəsiyi əməliyyat izi alt paltarın altında qalacaq şəkildə planlanır. Bundan əlavə liposaksiya, yırtıq əməliyyatı və s. olacaqsa əlavə kiçik kəsiklər də lazım ola bilər.



Əməliyyat qabağı nə etməliyəm?

Fəsadlardan qaçınmaq üçün: a) Siqaret çekməyə əməliyyatdan 14 gün qabaq son verilməlidir, b) Aspirin, kumarin və digər qanama meyli yaradan dərmanlar əməliyyatdan 2 həftə əvvəl kəsilməlidir, c) E vitamini, qida əlavələri, bitki mənşəli çaylar və dərmanlar 7-10 gün əvvəl kəsilməlidir. d) qadın xəstələri əməliyyatın menstrual qanama dövrünə düşməməsinə diqqət etməlidir.



Hansı növ keyləşdirmə istifadə olunur?

Abdominoplastika əksər hallarda ümumi narkoz altında icra olunur, amma mini əməliyyat ya da pannikuloektomiya spinal anesteziya ilə (beldən keyləşdirmə ilə) aparıla bilər.


Əməliyyat neçə saat çəkir?

Növündən asılıolaraq əməliyyat 2-4 saat çekə bilər.


Abdominoplastikadan sonra rejim necə olur?

Əməliyyatdan sonra xəstəxanada 1-2 gün qalmaq kifayətdir. Evdə 5-7 gün yarı yataq rejimi tətbiq edilir. Tikişlər 14-20 gün sonra çıxardılır, 1 ay boyu qarın toxumalarını dəstəkləyən korset geyilir. Yüngül idman növlərinə 6 həftə sonra başlamaq olar.



Fəsadlardan nə ola bilər?

Abdominoplastikadan sonra az da olsa, tikişlərdə açılma, yara yerinə maye toplanması (seroma), yara yerində axıntı kimi problemlər ola bilər. Bunlar əlavə müalicə ilə ortadan qaldırılır. Bundan əlavə çəkisi çox olan və yanaşı xəstəlikləri olan insanlarda həmin xəstəliklərlə əlaqəli problemlər üzə çıxa bilər. Bu halda müvafiq müalicə verilir. Yara izində kiçik genişləmə normaldır. Nadir hallarda iz çox genişləyir; bunu əlavə kiçik əməliyyatla daraltmaq mümkündür.

Başqa sualım var

Sizə hər zaman cavab verməyə hazıram. Mənə ilyas.akhundzada@gmail.com  e-mailə yazın, yaxud aşağıdaki düyməyə basaraq əlaqə saxlayın.

+994706630671

©2020 by İLYAS AKHUNDZADA. Proudly created with Wix.com

bottom of page