top of page
Front Desk at Clinic

Rinoplastika

Suallarınıza cavab

Rinoplastika hansı yaşda aparılır?

Rinoplastika 17-18 yaşdan etibarən aparıla bilər.


Burnum necə dəyişəcək?

Bu məqam Sizin öz istəyinizdən asılıdır. Əməliyyata gələn hər bir xəstənin istədiyi burun haqqında səlis düşüncələri olmalıdır. Həkim isə ayrıntılar haqqında müəyyən tövsiyyələr verə bilər. Əgər qərarınız tam deyilsə bunu düşünüb ikinci dəfə konsultasiyaya gəlməkdə fayda var. Fikrinizi aydın çatdırmaq üçün  jurnal, internet kimi yerlərdən xoşunuza gələn yaxud gəlməyən 5-6 burun şəkli ilə həkimə gəlin. Çox vaxt xəstələr burun donqarı (“qorb”), burun ucunun genişliyi, düşməsi, burnun böyük olması, əyilməsi kimi problemlərin həlli üçün müraciət edir.


Konsultasiya necə aparılır?

İlk növbədə Sizdən burnunuzda olan problemlərdən həkimə məlumat verməniz gözlənilir. Bunun ilə aparıla biləcək işlər müzakirə olduqdan sonra həkim burnunuzu əlləmə, burun içinə güzgü və endoskop ilə baxma, sağlamlıq tarixinizi toplama və laborator analizlər kimi müayinələr aparır. Qərarınız tam səlis olmadığı halda ikinci, hətta üçüncü konsultasiya lazım ola bilər.


Əmələyyat qabağı nə etməliyəm?

Fəsadlardan qaçınmaq üçün: a) Siqaret çekməyə əməliyyatdan 10 gün qabaq son verilməlidir, b) Aspirin, kumarin və digər qanama meyli yaradan dərmanlar əməliyyatdan 2 həftə əvvəl kəsilməlidir, c) E vitamini, qida əlavələri, bitki mənşəli çaylar və dərmanlar 7-10 gün əvvəl kəsilməlidir. d) qadın xəstələri əməliyyatın menstrual qanama dövrünə düşməməsinə diqqət etməlidir.


Hansı növ keyləşdirmə istifadə olunur?

Rinoplastika əksər hallarda ümumi anesteziya (narkoz) altında aparılır.


Əməliyyat neçə saat çəkir?

Əməliyyatın ümumi müddəti 2-3 saatdır.


Açıq və qapalı rinoplastika nədir?

Açıq rinoplastika burnun kollumelası (alt körpüsü) üzərindəki kiçik kvsikdən aparılır. Bun texnika xüsusi ilə burun ucunda dəyişikliklər lazım olduqda seçilir. Qapalı rinoplastika burun daxilində qalan kəsiklərdən aparılır. Bu texnika sadəcə donqar problemi olanlara uyqun ola bilər. Hər iki texnikanın öz üstünlükləri və çatışmamazlıqları var. Həkim son məqsədi nəzərə alaraq Sizə ən uyğun olanı seçir.




Əmələyyat necə aparilir?

Xəstə yatızdırıldıqdan sonra kəsiklər aparılır. Sonra, məqsədə uyğun burun çəpəri düzəldilir, burun ucuna və üst hissəsinə toxumalar çıxardılaraq, yer dəyişdirərək yaxud əlavə edilərək müvafiq şəkil verilir.


Əməliyyat sonrası necə keçir?

Xəstənin narkozdan tamamən ayılması 5-6 saat davam edir. Göz ətrafı şişlik və göyərməni azaltmaq üçün buz torbaları n təbiqi və yatağın baş ucunun qaldırıması aparılır. Tam ayıldıqdan yaxud 1 gün sonra evə buraxılan xəstə evdə ağır fiziki işdən uzaq durmalıdır. Göz ətrafı göyərmələr 10-14 günə yox olur.


Sarqılar necə aparılır?

Lazımi forma əldə etmək üün burnun üstünə qips içinə isə qısa tampon və plastmas qəliblər (stentllər) qoyulur. Tamponlar əməliyyatdan sonraki 2-3 gün , qips isə 7-10 gün çıxardılır. Tamponlar çıxdıqdan sonra burnu yumaq ü.ün xüsusi spreylər təyin olunur.


Burnumnə zaman öz forması alır?

İlk başda burunda şişlik olur. Bunun əsas hisəsi əməliyyatdan 1-2 ay sonra enir. 3 aydan sonra burun forması haqqında təzmini nəsə demək olar. Burnun son forması isə 6-12 ay ərzində ortaya çıxır. Şişlərin daha tez enməsi üçün bəzən xüsusi masaj təyin edilir.


Normal həyata nə vaxtdan qayıda bilərəm?

Əmələyatdan 2-3 gün sonra yüngül fiziki işə başlamaq olar. Burun nəfəsinin düzəlməsi ilə xəstə 10-12 gün sonra normal həyat tərzinə qayıda bilər.Qipsdən çəkimədiyiniz halda bunu daha da erkən edə bilərsiniz. Tenis, üzmə kimi idman növləri qoruyucu maska ilə 1 ay sonra başlana bilər. Eynək 6 ay sonra giyilə bilər, ağır idman növləri isə 1 il sonra məşğul olmak olar


Fəsadlardan nə ola bilər?

Rinoplastika cərrahi əməliyyat olduğundan çox az da olsa, müəyyən risklər daşıyır. Ümumi narkoz ilə əlaqəli fəsadlardan başqa, bəzi xəstələrdə ilk 5 gün ərzində qanama, infeksiya, tikişlərdə açılma ola bilər. Nadir hallarda gözaltı göyərmələrin çəkilməsi və burundaki şişlərin çəkilməsi yuxarıda yazılanlardan daha uzun sürə bilər. Bəzi xəstələrdə 2 ilə qədər hava dəyişikliklərinə qarşı həssasiyyət izlənə bilər.



Başqa sualım var

Sizə hər zaman cavab verməyə hazıram. Mənə ilyas.akhundzada@gmail.com  e-mailə yazın, yaxud aşağıdaki düyməyə basaraq əlaqə saxlayın.

+994706630671

©2020 by İLYAS AKHUNDZADA. Proudly created with Wix.com

bottom of page