
Dolgu və Botulinotoksin uyqulaması
Üz çızgilərinin dəyişdirilməsi
Əgər qısa zamanda üzdəki çuxurluqlar, qırışlar, dodaqarın solqun və kiçik olması kimi problemlərdən qurtulmaq istyəirsinizə dolqu və botulinotoksin sizin üçündür. Bu metodlar sayəsində 15-30 dəq davam edən prosedurla üzü gözəl v ətəravətli hala salmaq mümkündür.
Botoks nədir?
“Botulinotoksin” botulizm bakteriyalarından əldə edilən “botulinotoksin A” zəhərinin ticari bir adıdır, düzgün yazılışı belədir: “Botox”. Əslində botulinotoksinin bir neçə ticari markası var (“Neyronox, “BTXA” və digərləri). Təhmin edirəm ki, tələffüzü rahat oldugdan “Botoks” adı daha yaygındır.
“Botox” içində olan botulinotoksin necə təsir göstərir?
Botulinotoksin əzələləri iflic edir və beləcə rahatladır. Əzələ fəaliyyəti dayandıqda üzərindəki dəri qırışları açılır.
“Botox” təsiri nə vaxt başlayır, nə qədər davam edir?
Botulinotoksin vurulduqdan 3-7 gün təsir etməyə başlayır. Təsiri 6-10 ay ərzində yavaş-yavaş azalaraq sonlanır.
Hansı qırışların müalicəsi üçün istifadə olunur?
Botulinotoksin alının ortasında, burun kökündə, göz kənarlarında, ağız ətrafında olan kiçik qırışların müalicəsi üçün uygundur. Bundan başqa boyundaki şaquli qırışlar “Botox” ilə müalicə edilir. Xalq arasında“Botox”u bəzən dodaq böyütmə vasitəsi olaraq bilirlər, lakin bu yanlışdır- botulinotoksin dolqu maddəsi deyil. Dodaq böyütmə və nazolabial qatlantıların aradan qaldırılması üçün aşağıda dolqu haqqında oxuyun.
Proseduradan əvvəl nələrə diqqət etmək lazımdır?
Qanamanı artdıran dərmanlar (məsələn aspirin, heparin, kumarin vs.), hər cür bitki çayları və biolojik əlavələr 2 həftə əvvəl kəsilməlidir. Sigaret çəkənlərə sigareti 10-14 gün əvvəl kəsməsi məsləhətdir. Qadınlarda inyeksiyalar menstrual qanama zamanında aparılmamalıdır.
Prosedura necə aparılır?
Üz antiseptik məhlul ilə təmizlənir və üzərinə keyləştirici sprey yaxud krem tətbiq edilir. Botulinotoksin məhlulu nazik bir iynə ilə üzün lazımi nahiyələrinə yeridilir.
Proseduradan sonra nələrə diqqət edilməlidir?
Botulinotoksin inyeksiyasından sonra üz əzələlərini çox oynatmamaqa, iynə vurulan yeri massaj etməməya və isti buhar yanında (hamam, sauna) olmamaqa diqqət edilməlidir.
İnyeksiyadan sonra özümü biraz nasaz hissedirəm. Niyə?
Botulinotoksin vurulduqdan sonra 1 həftə ərzində həfif gripə oxşar əlamətlər ortaya çıxa bilər: baş ağrısı, zökəm, əzələ ağrısı və s. Bu tamamilə normal bir reaksiyadır və öz başına keçəcəkdir.
“Botox”-un fəsadları nədir?
Botulinotoksin vurulmasının nadirən bəzi kiçik fəsadları görülə bilər. Bunların əksəriyyəti qeyri-professional işin nəticəsidir. Məsələn botulinotoksin alnın yan alt tərəflərinə vurulduqda müvəqqəti üst göz qapağı düşməsi əmələ gələ bilər. Nadirən botulinotoksinə qarşı allergiya müşahidə edilir. Bütün bunlar 6 ay ərzind özlüyündən keçir.
Doldurucu maddələr nədir?
Bunlara dolqu yaxud filler da deyilir. Xalq arasında yalnış olaraq “silikon” da deyirlər. Doldurucu maddələr dəri səthindəki çökük və batıqlari düzəltmək üçün və həmçinin çatışmayan yerlərə (məsələn dodaqlara) həcm vermək üçün istifadə edilir.
Doldurucu maddələr üzün hansı tərəflərinə vurulur?
Doldurucular dodaqlara, almacıqlara burun-dodaq (nazolabial) qırışlara, ağız kənərı qırışlarına və yanaqlara həcm vermək üçün vurulur. Bəzən sızanaq izlərinin itirilməsi və əl üstündəki qirişların müalicəsi üçün istifadə edilir.
Təbii və sintetik dolqular nədir?
Hal-hazirda bütün doldurucu maddələr əriyən və əriməyən olaraq iki böyük gruppaya ayrılır. Əriyyən maddələr vurulduqdan bir müddət sonra bədəndən yox olur, əriməyənlər isə hayatın sonuna qədər toxumalarda qalır.
Müasir estetik cərrahiyyədə istifadə edilən doldurucuların 90% təbii əriyən maddələrdir. Bunlardan ən çox hialuron turşusu istifadə edilir. Hialuron turşusu insanın bədənində tapılan təbii maddələrdəndir.
Ərimiyən dolqulardan isə müxtəlif polimer gellər mövcuddur. Bunlar olduqca çox fəsad verdiklərindən istifadəsi qətiyyən məsləhət edilmir.
Hialuron dolqusunun təsiri neçə müddət davam edir?
Dolqu vurulduqdan sonra 6-10 ay ərzində tədricən əriyir.
Hansı fəsadları var?
Hialuron turşusunun fəsadları demək olar ki yoxdur.
Əriməyən dolqular (biopolimer) barədə hansı məlumat var?
Əriməyan maddələr uzun zamandır tibbdə bilinir. Bunlar ucuz olsa da bir çox yan təsiri var.
Belə ki, əriməyən doldurucu maddələr vurulduqda əksər hallarda toxumalarda yerini dəyişir və ətraflarında güclü iltihabi reaksiya yaradır. Nəticədə dəri səthində müxtəlif deformasiyalar əmələ gəlir (dodaqların əyilməsi, müxtəlif şişkinliklərin əmələ gəlməsi və s.). Bəzən maddələr dəridən bayıra xaric olub dəliklər (fistulalar) yaradır. Nadirən maddəyə qarşı ümumi reaksiyalar da görülür.
Əriməyən dolqunu çıxartmaq olar mı?
Əriməyən dolqu toxumalardan tam çıxmır, lakin yaratdığı əyrilikləri və deformasiyaları cərrahi yolla düzəltmək mümkündür.
Başqa sualım var
Sizə hər zaman cavab verməyə hazıram. Mənə ilyas.akhundzada@gmail.com e-mailə yazın, yaxud aşağıdaki düyməyə basaraq əlaqə saxlayın.
i