top of page
Serious Model

Otoplastika

Suallarınıza cavab

Otoplastika hansı yaşda aparıla bilər?

Əməliyyat uşaq 5  yaşına çatandan etibarən aparıla bilər. Bu yaşda, xarici qulaq artıq demək olar ki tamamı ilə inkişaf etmişdir.


Palaz qulaq niyə qeyri-təbii görünür?

Palaz qulaqlar başdan daha aralı yerleşir, qulaq seyvanı daha dərin olur, daxili qatlantı (antiheliks) isə inkişaf etməmiş olur. Bundan əlavə qabaran sırğalıq, qulaq seyvanının böyük olması (makrotiya), daralmış qulaq və s. deformasiyalar görülə bilər.


Əməliyyat necə aparılır?

Qulaq arxasında elipsə bənzər dəri kəsiyi aparılır. Qulaq qığırdağı kiçildilir və qatlanır, belə ki, qulaq qatı (antiheliks) yaradılır. Nəhayət qulaq xüsusi tikişlər ilə başın yanına yaxınlaşdırılır. Cərrahi kəsik qulaq arxasında aparıldığı üçün yara sağaldıqdan sonra çapıqlar görünmür.


Hansı keyləşdirmə istifadə edilir?

Bu əməliyyat bir çox xəstədə yerli keyləşdirmə ilə aparılır. Bəzən həfif sedasiya (yatızdırma) ələvə olunur. Uşaqlarda isə əməliyyat ümumi narkoz ilə aparılır.   


Əməliyyat neçə saat davam edir? Əməliyyatdan sonra xəstəzanada qalmalıyam?

Bu əməliyyat təxminən 2 saat davam edir. Xəstə əməliyyatdan 2 saat sonra evə yazılır. Ümumi narkozdan sonra xəstə klinikada 5-6 saat ya da 1 gün qalmalıdır.


Əməliyyatdan qabaq nə etməli?

Praktiki sağlam olan xəstələrə xüsusi hazırlıq lazım deyil. Əgər xəstə vitamin, gida əlavələri, aspirin, kumarin ya da digər qanın laxtalanmasını azaldan dərmanlardan istifadə edirsə bunlar əməliyyatdan 10 gün əvvəl kesilməlidir.  Siqaret çekmənin kəsilməsi qətiyyətlə məsləhət edilir, əks təqdirdə əməliyyat fəsadlarının riski xeyli artır.


Tikişlər nə vaxt çıxardılır?

Əməliyyatdan sonraki birinci həftə ərzində qulaq dərisində göyərmələr əmələ gəlir. Bunlar 10-14 günə itir. Tikişlər əməliyyatdan 10 gün sonra çıxardılır. Bəzi cərrahlar sadəcə daxili tikişləri istifadə edir, beləliklə tikiş sökməyə gərək qalmır.


Əməliyyat sonrası qulluq necə aparılır?

İlk 2 gün ərzində xəstə aşırı fiziki işlərdən uzaq durmalı, yataqda isə hündür yastıq istifadə etməlidir. Qulaq sarqısı əməliyyatdan 2-3 gün sonra dəyişdirilir. Birinci gün hər 1-2 saatda bir 15-20 dəq müddət ilə qulaqlara xaricdən buz torbalarının tətbiqi məsləhət görülür. Baş 5-ci gündən etibarən yuyula bilər. Bundan sonra sargı yenidən aparılmalıdır.


Qulaq bandajı neçə müddət geyilməlidir?

Tikişlər çıxarıldıqdan sonra qulaqlar idmançı bandajı ilə yerində tutulmalıdır. Bu bandaj 3 həftə müddətində bütün gün, və əlavə 1 ay müddətində sadəcə gecələr giyilməlidir.   


Fəsadlardan nə deyə bilərsiniz?

Bəzi xəstələrdə (xüsusi ilə siqaret çekənlərə və başqa xəstəlikləri olanlara aiddir) yarada iltihab, yara kənarlarının aralanması və geçikmiş sağalma əmələ gəlir. Bu vəziyyətlər düzgün müalicə ilə zamanla ortadan qalxır.Hematoma (qan yığışması) gələcəkdə deformasiyalara yol aça bildiyi üçün vaxtında boşaldılmalıdır. Əgər əməliyyatdan sonra qulağın bir nöqtəsində kəskin ağrı hiss edirsinizsə təcili olaraq həkiminizə xəbər veriniz. Bəzi xəstələrdə kəsik yerlərində şişkinlik, qırmızılıq və qaşıntı əmələ gəlir (kelloid yaxud hipertrofik çapıq formalaşır) Belə hallarda ələvə müalicə lazım olur. Çox nadir hallarda qulaqlar əvvəlki vəziyyətə düşə bilər ki, bunu düzəltmək üçün ikinci əməliyyat aparılır.

Başqa sualım var

Sizə hər zaman cavab verməyə hazıram. Mənə  ilyas.akhundzada@gmail.com  e-mailinə yazın yaxud aşağıdakə düyməyə basaraq sualınızı verin. 

+994706630671

©2020 by İLYAS AKHUNDZADA. Proudly created with Wix.com

bottom of page